Ağ Evdən Ərdoğan-Kuşner görüşməsi ilə bağlı açıqlama

Baxış sayı:
8401

 Ağ Evdən ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Jared Kuşnerin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü bildirilib.
 
Ağ Evdən edilən yazılı açıqlamada, Kuşnerin Ərdoğanla keçirdiyi görüşdə, ABŞ Beynəlxalq Sazişlər Üzrə Xüsusi Nümayəndəsi Jason Greenblatt və ABŞ-ın İran Üzrə Xüsusi Nümayəndəsi Brayan Hookun da iştirak etdiyi qeyd olunub.
Görüşdə iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi məsələsinin müzakirə olunduğu bildirilən açıqlamada, Fələstin və İsrail arasındakı problemlərin həlli üçün Ankara və Vaşinqtonun göstərdiyi səyin danışıldığı ifadə edilib.
Açıqlamada, həmçinin regional şərtlərin daha yaxşı vəziyyətə gətirilməsi üçün edilə biləcək investisiyaların gündəmə gətirildiyi bildirilib.
Müxalifət.az