Ağ Evdən qalmaqal qərar: Terror təşkilatı elan edəcək

Baxış sayı:
16603

Ağ Ev tərəfindən edilən açıqlamaya görə, Tramp rəhbərliyi Misirin ən qədim İslamçı hərəkatı olan “Müsəlman Qardaşları”nı xarici bir terror təşkilatı kimi tanımağa hazırlaşır. Ağ Evin mətbuat katibi Sarah Sanders, "Prezident narahatlığını bölüşən regiondakı milli təhlükəsizlik heyəti və regiondakı liderlərlərlə məsləhətləşdi və bu iç prosesdə çalışır" deyib. SİSİ TƏSİR EDİB “New York Times” qəzetinin xəbərinə görə, Misir prezidenti Abdülfettah es-Sisinin 9 apreldə Ağ Evdə keçirdiyi xüsusi görüşdə, Trampı “Müsəlman Qardaşları”mı terror təşkilatı elan etməsi istiqamətində yola gətirib və Tramp da buna müsbət cavab verib. Müxalifət.az