Ağ Evdən kritik açıqlama: Ərdoğan-Tramp ...

Baxış sayı:
3220

Ağ Ev rəsmisi Reuters-ə bildirib ki, prezident Ərdoğanla ABŞ prezidenti Tramp arasındakı görüşdə Camal Qaşıqcı'nın öldürülməsi məsələsi müzakirə olunub.
 
Reuters xəbər agentliyinin Ağ Evdəki bir mənbəyə əsaslandırdığı xəbərinə görə, prezident Ərdoğan və ABŞ prezidenti Donald Tramp'in görüşündə Camal Qaşıqçı'nın öldürülməsi məsələsinə yanaşma və münasibətin necə olacağı müzakirə predmeti olub.
Qeyd edək ki, Ərdoğan, dünən Parisdəki Birinci Dünya Müharibəsinə son verən mərasimlərə qatılıb və dövlət və hökümət başçılarına verilən zitafətdə iştirak edib. Yemək ziyafətində yanaşı oturan Ərdoğan və Tramp, bir saatdan artıq söhbət edib və söhbətin məzmunu ilə bağlı heç bir açıqlama verilməyib.
 Müxalifət.az