​Ağ Evdən Kremlə gözlənilməz təklif - Uşakov

Baxış sayı:
5473

Ağ Ev təmsilçiləri liderlər arasında görüşün ləğvindən sonra Kreml administrasiyası ilə əlaqə yaradıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Təklif olundu ki, hər iki tərəfdən əlaqələr davam etdirilsin, o cümlədən Boltonun özü ilə”, - Uşakov bildirib.
Uşakov müraciətin amerikalılar tərəfdən edildiyini xüsusi vurğulayıb, liderlərin nə vaxt görüşə biləcəyi ilə bağlı isə heç bir məlumata malik olmadığını deyib.
“Biz görüşün təxirə salınması ilə bağlı təəssüfümüzü çatdırdıq. Baxaq görək, gələcək planlar necə olacaq”, - Uşakov qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Tramp Kerç böhranına görə Rusiya lideri Putinlə Argentinada nəzərdə tutulan ikitərəfli görüşü ləğv etmişdi.