​Ağ Evdən ETİRAF: Rusiya seçkiyə müdaxilə edib, ancaq...

Baxış sayı:
6610

ABŞ Prezidenti Donald Tramp təsdiq edir ki, Rusiya təkcə 2016-cı il prezident seçkisinə müdaxilə etməyə cəhd etməyib, o, faktiki olaraq seçkiyə müdaxilə edib.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Sara Sanders söyləyib.
“Rusiyanın seçkiyə müdaxiləsi aydındır. Aydın olan digər məqam odur ki, Trampın qərargahı rusiyalılarla heç bir gizli razılığa gəlməyib”, – deyə o bildirib.