Ağ Ev İrandakı hadisələri “xalq üsyanı” adlandırdı

Baxış sayı:
1991

Ağ Evin mətbuat katibi Sara Sanders İrandakı etirazları “xalq üsyanı” adlandırıb.
Muxalifet.az-ın verdiyi xəbərə görə, S.Sanders Vaşinqtonun İran xalqını dəstəklədiyini bildirərək, rəsmi Tehranı fundamental insan haqlarına hörmətlə yanaşmağa çağırıb.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonun BMT TŞ-nin təcili iclasını çağırmaq niyyətində olduğunu bildirib.
Onu da qeyd edək ki, İranda dekabrın 28-dən davam edən kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dən çox şəxsin öldüyü bildirilir.