Afrinin Raco mahalı niyə BU QƏDƏR ƏHƏMİYYƏTLİDİR?

Baxış sayı:
4366

Afrinə gedən yolda strateji nöqtələrdən biri olan Raco, bü gün tamamilə ələ keçirildi. PKK-nın müqavimət göstərmədiyi Raco mərkəzi ilə bağlı açıqlama verən Strategiya Araşdırmalar Mərkəzinin direktoru Həsən Basri Yalçın, "Ətrafı bir hilal halında mühasirə edilən terror təşkilatı müqavimət göstərməyin mənasız olduğunu anladı. Racoda müqavimət göstərilməməsi çox əhəmiyyətlidir" deyib. Bəs, “Zeytun Budağı” Hərəkatının ən önəmli nöqtələrindən biri olan Raconun bu qədər tez terrorçulardan təmizlənməsi nə mənaya gəlir? Afrin mərkəzinə gedən yolda Cinderesindən sonra ikinci strateji nöqtə olan Racoda terrorçular müqavimət göstərmədi. Hardasa iki gün içərisində terrorçular əllərindəki ən kritik nöqtələrdən birini itirdi. Raconun bu qədər asan təhvil veriləcəyini düşünmədiklərini bildirən Həsən Bəsri Yalçın, "Raco, əməliyyatların başladığı andan etibarən Afrin şəhər mərkəzini saymasaq, iki mühüm bölgədən biridir. Bir digəri isə Cinderesidir. Bu gecə əməliyyatın şiddətlənəcəyi güman edilirdi. Raconun bu qədər asan düşəcəyini düşünmürdük. PKK-nın müqavimət göstərmədiyi ortaya çıxdı. Raco mərkəzinin ələ keçirilməsi əməliyyatın bitdiyi mənasına gəlmir. İndi ciddi təmizləmə əməliyyatı aparılacaq. Diqqətli irəliləməkdə fayda var. Görünən o ki, ətrafı bir hilal şəklində əhatə edilən terror təşkilatı müqavimət göstərməyin mənasız olduğunu düşündü. Bütün müqaviməti Afrin mərkəzinə çəkməyi düşünürlər. Raconun təmizlənməsi terrorçuların müqavimətinin qırılması baxımından əhəmiyyətlidir” deyib. RACODAN SONRA NÖVBƏTİ ADDIM CİNDERESİ Racodan sonrakı addımın Cinderesi mühasirəyə almaq olduğunu ifadə edən Yalçın bunları qeyd edib: “Cinderesinin mühasirəsi Raconun çevrələnməsindən əvvəl baş verdi. Cinderesində əməliyyat hələ başlanmayıb. Bundan sonrakı addım bura olacaqdır. Yavaş-yavaş aypara azaldılacaq və Afrin mərkəzinə doğru irəliləyəcəklər”. Müxalifət.az