Afrinin açarı ONLARIN ƏLİNDƏDİR

Baxış sayı:
1631

Afrindəki terror hədəflərinə qarşı keçirələcək əməliyyatlarda ilk sızmanı qırmızı beretlilər edəcək.
 
Afrin hərəkatının ən kritik və aparıcı gücü Xüsusi Təyinatlı Qüvvələr olacaq. İlk sızmanı onlar həyata keçirəcək, ərazidəki digər birliklər də onlara görə mövqe tutaraq, qırmızı beretlilər tərəfindən idarə ediləcək.
 
QIRMIZI BERETLİLƏRƏ ƏSAS ROL
 
Bir həftədir Türkiyənin gündəmini məşğul edən Afrin hərəkatı başlamaq üzrədir. Bir tərəfdən diplomatik cəhdlər davam edərkən, sərhədə əsgər və zirehli birliklərin nəqli də davam edir. Afrin hərəkatının ən önəmli ünsürü isə qırmızı beretlilər olacaq. Birbaşa Baş Qərargah rəhbərliyinə bağlı olaraq hərəkət edən Xüsusi  Təyinatlı Qüvvələr Komandanlığı da uzun bir müddətdir apardığı hazırlıqları tamamlayıb. Hərəkat planlarının hazırlanmasında Xüsusi Təyinatlı Qüvvələr personalının Afrindən topladığı məlumatlar təsirli olub.
 
DESANTLAR XÜSUSİ SEÇİLİB
 
Xüsusi qüvvələrin müəyyənləşdirdiyi ehtiyaclara görə hazırlıqlar görülüb. Qırmızı beretlilər bu çərçivədə Afrində istifadə ediləcək tankların müəyyənləşdirilməsinə qədər təsirli olduğu, hətta M63 tipli tanklar əvəzinə Leopard tanklarını tələb etdikləri bildirilir. Bölgəyə göndərilən xüsusi təyinatlıların da qırmızı beretlilərlə uyğunluq təmin edəcək təcrübəli kadrlardan seçildiyi bildirilir.
Hərəkat başlandığı anda ilk sızmanı da qırmızı beretlilər edəcək. Ərazidə baş verən qarşıdurmalar zamanı digər birliklərin alacağı mövqelər də daxil bütün həmlələr də yenə Xüsusi Təyinatlı Qüvvələrin yönəltməsi ilə olacaq. Hərəkat zamanı məhv ediləcək yerlər, təhlükə vəziyyətində ani qəbul ediləcək qərarlar da qırmızı beretlilərə görə formalaşacaq.
 
MÜLKİ ƏHALİNİ CANLI QALXAN EDƏCƏKLƏR
 
Türk Silahlı Qüvvələrinin Afrindəki terror təşkilatı hədəflərinə qarşı əməliyyat öncəsində YPG/PYD/PKK,terrorçuları da şəhərdəki bəzi gəncləri zorla silah altına almağa, camaatdan xərac toplamağa, qəsb etdikləri evlərdə səngərlər yaratmağa başlayıb. Az sayda əşya alan ailələr, rayonu tərk edərək, xüsusilə Hələbə doğru gedərkən terrorçular kritik regionlarda yaşayan əhalinin şəhəri tərk etməsinə isə imkan vermir. Terror təşkilatı, TSK-nın əməliyyatı zamanı əhalini "canlı qalxan" etməyi planlaşdırır. Digər tərəfdən, Suriyanın şimal bölgələrinə nəzarət edən terror təşkilatı PYD, Türkiyənin ehtimal olunan Afrin əməliyyatına qarşı beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. Bəyanatda həmçinin, Suriyanın şimalında və cənubunda Kürd qüvvələr tərəfindən nəzarət edilən bölgələrin PYD ilə həmrəylik içində olacağı qeyd edilib, "Afrin tək qalmayacaq" deyilib.
Müxalifət.az