Afrinin 60 faizı terrorçulardan TƏMİZLƏNDİ: YENİ HƏDƏF…

Baxış sayı:
8317

Afrinin 60 faizində nəzarəti təmin edən TSQ və ASO gücləri, qalan kəndlərdə də qısa müddət içərisində terror təhdidini sonlandıracaq.
 
6 MAHALDAN 5-i AZAD OLUNUB
 
Sərhədini təhlükəsiz vəziyyətə gətirmək istəyən və Suriya ərazisində soyuq qış şəraitinə baxmayaraq irəliləyişini davam etdirən TSQ qoşunları Afrinin 6 mahalından 5-ni ələ keçirib. Cinderesi, Raco, Şeran, Bülbül və Şeyx Hədidi döyüşlərdən sonra terrorçulardan təmizləyən TSQ və ASO ittifaqı, indi də son mahal olan Mabadlıyı da PYD/PKK terrorundan xilas etməyi hədəfləyir. TSQ qüvvələri terrorçulardan təmizlədiyi mahal mərkəzlərində indi məhəllə döyüşləri əməliyyatı təcrübəsinə malik birliklərlə qurulan partlayıcı tələlərini zərərsizləşdirir.
 
AFRİNİN 60 FAİZİNDƏ NƏZARƏT TƏMİN OLUNUB
 
Mahal mərkəzlərində nəzarəti təmin edən TSQ birlikləri eyni zamanda 300 yaşayış məntəqəsinin olduğu Afrində, 150-dən artıq yaşayış sahəsi ilə strateji əhəmiyyətə malik məntəqələr terrorçulardan təmizlənib. Hazırda Afrinin 60 faizinə nəzarəti təmin edən TSQ gücləri, qalan kəndlərdə də qısa müddət içərisində terror təhdidini sonlandıracaq.
 
YENİ HƏDƏF MABADLI MAHALI
 
Şimal, şərq və qərb cəbhələrində strateji məntəqədəki kəndlərdə irəliləyişini davam etdirən TSQ-nin yeni hədəfi son mahal olan Mabadlıyı terrorçulardan təmizləməkdir. Mabadlının terrorçulardan təmizlənməsi ilə Afrinə gedən yolun qarşısı tamamilə açılacaq ki, bu da TSQ birliklərinin bundan sonra daha sürətlə irəliləməsinə şərait yaradacaq. Bu yöndə TSQ-nin gözləniləndən daha sürətli irəliləyişlə qısa müddət içərisində Afrini tam mühasirəyə alacağı bildirilir.
Müxalifət.az