Afrini min yerli POLIS QORUYACAQ

Baxış sayı:
2431

Afrinin mərkəzində təhlükəsizliyi yerli polislər təmin edəcək. Qaziantepdə keçirilən Afrin konqresində təyin olunan 30 nəfərlik bələdiyyə məclisində yer alan Əbdüləziz Temo, Türkiyənin ilk mərhələdə min nəfərə polis olaraq təlim verəcəyini deyib.
 
“Zeytun Budağı” ilə rahatlığa qovuşan ərazidə xalq evlərinə toplu halda qayıdarkən, təhlükəsizliyi isə tezliklə tamamilə Afrinli polislər təmin edəcək. Ötən günlərdə Qaziantepdə keçirilən Afrin Qurtuluş Konqresində təyin olunan 30 nəfərlik bələdiyyə məclisində yer alan və Müstəqil Suriya Kürdləri Dərnəyinə sədrlik edən Əbdüləziz Temo, ilk fazada Afrinli min nəfərin Türkiyə tərəfindən təlim ediləcəyini və bu polislərə regionda təhlükəsizlik tapşırığı veriləcəyini açıqlayıb. Temo, "Afrin rayon mərkəzində nəzarətin təmin olunmasından sonra aşayişi gənclər təmin edəcək. Türkiyə, 3-6 aylıq bir müddətdə min Afrinliyə asayiş, təhlükəsizlik, hüquq-mühafizə təlimi verəcək. Təlim tamamlandıqdan sonra Afrin mərkəzi və 300-dən çox kəndi həqiqi sahibləri qoruyacaq. Bu müddətdə boşluq yaranmaması üçün təhlükəsizliyi Türk əsgəri təmin edəcək. Türk əsgəri bizim qardaşlarımızdır" deyib. Terror təşkilatının təzyiqləri ucbatından bölgəni tərk edənlərin yenidən evlərinə dönəcəyini bildirən Temo, ardıcıl həyata keçəcək işlərlə Afrinin dünyaya nümunə olacağını qeyd edərək bunları deyib:
 
DÜNYAYA GÖSTƏRƏCƏYİK
 
"İnsanlar gəldikcə əmin-amanlığı və inamı hiss edəndə şəhər kənarındakı qohumlarına, dostlarına izah edəcək. Bunu eşidənlər də öz torpağına qayıdacaq. Bura dünyaya nümunə olacaq. Afrində Suriya xalqının necə bir həyat istədiyini dünyaya göstərmək istəyirik. Dinc şəkildə, insan haqlarından biz də faydalanmaq istəyirik. Bunu Afrindəki həyatla göstərəcəyik. Münbiçin, Tel Pənahın, Rasulaynın, Qamışlının və Raqqanın da terror təşkilatından təmizlənməsini istəyirik. Bunu edəcək yeganə qüvvə ümidimiz Türkiyədir. Türk əsgəri mülki vətəndaşları hədəf almır. Türk əsgərinin yeganə hədəfi terror təşkilatı PKK və İŞİD-dir. PKK-nın İŞİD-dən fərqi yoxdur".
Müxalifət.az