Afrindən sonra FƏRAT ÇAYININ ŞƏRQİ - Türkiyənin HƏDƏFLƏRİ

Baxış sayı:
1155

Amerikanın 30 minlik "terror ordusu" açıqlamasından sonra Fəratın şərqi də Türkiyə üçün əhəmiyyətli bir geosiyasi və milli təhlükəsizlik problemi halına gəldi. Öncə diplomatiya hərəkətə keçəcək. ABŞ təkid etdiyi halda Tel Abyad, Eyn İsa, Resulayn və Qamışlı bölgələrində yaxın günlərdə hərəkətli hadisələrin yaşanacağı bildirilir.
 
PKK terror təşkilatının Afrindən etdiyi təcavüzlərə top mərmiləri ilə cavab verən Türkiyə, Amerikanın 30 minlik "terrorçu ordu" açıqlamalarından sonra diqqətini Fəratın şərqinə çevirdi. ABŞ-ın Suriyanın ərazi bütövlüyünə qəsd edən bu addımları Türkiyə, Rusiya və Əsəd rejimini hərəkətə keçirdi. Beynəlxalq koalisiyanı ortadan qaldıran ABŞ, Suriyanın ərazi bütövlüyünü parçalamaq, İsrailin təhlükəsizliyini təmin edəcək planlaşdırmaları həyata keçirmək üçün həmləsini etdi.
 
PROSESƏ “DUR” DEYİLƏCƏK
 
Amerikanın, diplomatik təmaslarla bu addımlarından imtina etməsi prioritet olaraq nəzərdə tutulur. Ancaq ABŞ-ın dağıdıcı siyasətinin davam edəcəyi halda Türkiyə üçün əhəmiyyətli olan milli təhlükəsizlik problemi ortaya çıxacaq. Türkiyə heç vaxt qəbul edilməyəcək ABŞ-ın bu həmləsi qarşısında hərəkətə keçəcək və bu prosesə "dur deyəcək. Rəsmi şəxslər lazımi mübarizə əzm və qətiyyətinin mövcud olduğuna işarə edirlər.
 
GÜC HİSS ETDİRİLƏCƏK
 
Hərbi və diplomatik qaynaqlar, İraqın şimalında həyata keçirilmək istənən separatçı planlara qarşı "dur” deyən Türkiyənin, Fəratın şərqində planlaşdırılan bu xain layihəyə də “dur” deyəcək sistemlərin varlığını və gücünü yaxın bir zamanda hiss etdirəcəyini vurğulayıb. Fəratın qərbinin, Fəratın şərq hissəsinə nisbətən xalqın qayıtdığı təhlükəsiz mühitə qovuşduğundan, Afrinin də təmizlənməsilə birlikdə qısa bir müddət ərzində bütün qüvvələrin birləşdirilib, Fəratın şərqinə üz tutması qaçılmaz görünür.
 
ÜÇLÜ İTTİFAQLA MÜBARİZƏ
 
Amerikanın “terror ordusu” yaratmaq kimi təhlükəli təşəbbüsün Türkiyə ilə yanaşı İraq və İranın da ərazi bütövlüyünü təhdid edir. Bu istiqamətdə də Türkiyə, İraq və İranın birgə mübarizəylə bu təhdidi dəf edilməli, burada da Rusiyanın dəstəyini alaraq Amerika təklənməlidir.
 
MÜSƏLMAN QARDAŞLIĞI
 
Əsəd və Əsədi dəstəkləyən ölkələr bilməlidir ki, PKK/PYD kimi terror təşkilatı bölgədə bir alətdir. Özü də İsrailin genişlənməsinə xidmət edən bir alətdir. Və bu alət Suriyanın qəlbini hədəf alıb. Ona görə də Əsəd və İran artıq mülayim müxalifləri qoyub, əsl təhdid ünsürü olan PKK/PYD caniləri ilə mübarizə etməlidir. Əsəd artıq Türkiyənin Suriyanın ərazi bütövlüyündən yana olduğunu anlayıb, real təhdidə qarşı köklənməlidir. İran da artıq məzhəbçiliyi bir yana qoyub, növbənin özünə də gələcəyini görərək, bölgənin təhlükəsizliyi üçün Müsəlman qardaşlığı çətiri altında hərəkət etməyə başlamalıdır. Türkiyə ilə birlikdə hərəkət edərək Suriyanın birliyi və bütövlüyü üçün çalışmalıdır. Məhz o zaman İraqda ABŞ-İsrail cütlüyünə qarşı mümkün olan müvəffəqiyyət Suriyada da təkrar olunacaq.

Müxalifət.az