Afrində toqquşma! - TÜRKİYƏYƏ QARŞI BİRLƏŞDİLƏR

Baxış sayı:
10108

Terror təşkilatları PKK/KCK/PYD-YPG ilə İŞİD-ın Afrində Türkiyəyə qarşı birlikdə hərəkət etdikləri döyüş meydanında bir daha ortaya çıxıb. Türk əsgəri, dünən Ərəb Uşağı və Qatranlı arasında qalan bölgədə baş verən qarşıdurmada iki terrorçunu zərərsizləşdirib. Terrorçuların terror təşkilatı İŞİD üzvü olduqları müəyyənləşdirilib.
Beləliklə, bir daha PKK/KCK/PYD-YPG terror təşkilatının bölgədə İŞİD terror təşkilatı ilə müştərək hərəkət etdiyi təsdiq olunub.

Müxalifət.az