Afrində terrorçuların bu dəfəki TƏLƏSİ BAŞ TUTMADI

Baxış sayı:
4969

8 qəhrəmanın son gülləsinə qədər döyüşüb şəhid düşdüyü Keltəpədə terrorçuların ikinci bir hücum etmək üçün yaş adyal altında gizləndiyi, ancaq pilotsuz İHA-lardan qaça bilmədiyi ortaya çıxıb.
 
Afrinin Racu mahalında 8 əsgərin şəhid olduğu 1083 nömrəli Kəltəpə bölgəsindəki terrorçuların ikinci bir təcavüz etmək istədiyi, ancaq pilotsuz İHA-ları keçə bilmədiyi üzə çıxıb. Yerləşdikləri mövqeləri Türk əsgəri qarşısında qoruya bilməyən satqınlar, İHA-lardan gizlənmək üçün yaş adyalın altına saxlanıblar. Ancaq bu hiylə də baş tutmayıb və milli İHA-ların “gözündən” qaça bilməyiblər.
 
40 XAİN ÖLDÜRÜLÜB
 
PYD/PKK-lı terrorçular iki dəfə yaş adyal altına girərək ağac altında gizlənməyə çalışıblar. Ancaq milli İHA-lar eynilə çətirli kamuflyajda olduğu kimi, nəmli adyal tələsini də dəf edə bilib. Beləliklə də İkinci hücum hazırlığında olan 40 terrorçu zərərsizləşdirilib.
 
ADDIM ADDIM TƏMİZLİK
 
Racu və kəndlərini PYD/PKK-dan təmizləyən TSQ və ASO gücləri, təşkilatın qərbdəki müdafiə xəttini qırıb, rayonda hakimiyyəti tam ələ keçirib. PYD-yə aid silah və sursatlar müəyyən olunaraq təhvil alınır, minalar isə partladılaraq zərərsizləşdirilir.
Müxalifət.az