Afrində terrorçulara bir zərbə daha: 9 TERRORÇU ÖLDÜRÜLDÜ

Baxış sayı:
2932

Afrinə qarşı əməliyyat qətiyyətlə davam edir. Bu çərçivədə hücum vertolyotları ilə regionda həyata keçirilən hərəkatda 9 terrorçu öldürülüb.
 
“Zeytun Budağı” Hərəkatında hücum vertolyotları ilə həyata keçirilən atışlarla Afrinin qərbində aşkar edilən 9 terrorçu zərərsizləşdirilib.
Baş qərargah rəhbərliyindən edilən açıqlamada, milli və yerli hücum vertolyotlarının, “Zeytun Budağı” Hərəkatında quru qoşunlarına intensiv atəş dəstəyi təmin etməyə və PKK/KCK/PYD-YPG ilə İŞİD-ə mənsub terror təşkilatı ünsürlərinin qorxulu yuxusu olmağa davam etdiyi bildirilib.
Açıqlamada, Afrinin qərbində aşkar edilən PKK/KCK/PYD-YPG və İŞİD mənsubu 9 terrorçunun hücum vertolyotları vasitəsilə edilən atışlar nəticəsində zərərsizləşdirildiyi qeyd edilib.
Müxalifət.az