Afrində PKK-ya zərbə: TÜRKMƏN KOMANDİR AÇIQLADI

Baxış sayı:
6448

Türk Hava Qüvvələrinin atəş dəstəyilə Dunballı kəndini terrorçulardan təmizləyən Muntasır Billah Diviziyası, kənddə apardığı kəşfiyyat işləri zamanı PKK-nın Afrindəki şəkər qara bazarını idarə etdiyi anbarlardan birini aşkar edərək ələ keçirib.
 
Terror təşkilatının anbarlara yığdıqları şəkərləri, Afrin xalqına hədsiz baha qiymətlərlə satdığı öyrənilib.
Anbarları ələ keçirən Türkmən əsgərlər təxminən 300 ton şəkəri Afrindəki kəndlərə paylayacaqlarını bildirib.
 
AFRİNLİ QARDAŞLARIMIZ GÖRSÜN
 
Ələ keçirilən şəkərlərin Afrin xalqına paylanılacağını deyən Firas Paşa, "Türk Hava Qüvvələrinin atəş dəstəyi ilə Dunballı kəndini azad etdik. Arada YPG/PKK-ya aid bir anbarda 300 ton şəkər tozu aşkar etdik. Terror təşkilatı, şəkərləri bu və bənzəri anbarlara dağıdaraq Afrin xalqına hədsiz qiymətlərlə satırdı. Bu şəkərləri həqiqi sahibinə, yəni Afrin xalqına paylamağa başladıq. İnşallah Afrinlilərin terror təşkilatından gördüyü ağrı-acıları kompensasiya edəcəyik" deyib.
Müxalifət.az