Afrində daha bir qəsəbə və 3 kənd TERRORÇULARDAN AZAD EDİLDİ

Baxış sayı:
5410

TSQ və ASO, Afrinin Harabat Çaranlı, Çaranlı və Şirkan kəndlərini azad edərək Şeran qəsəbə mərkəzini terrorçulardan təmizləyib.
 
Afrinə “Zeytun Budağı” Hərəkatının qırx altıncı günündə cəbhədəki dəyişikliklərdən son dəqiqə məlumatları verilir. Ətrafındakı Harabat Çaran və Çaran kəndləri bu gün YPG-li terrorçulardan təmizlənən Şeran mahalı, dəqiqələr öncə qəsəbə mərkəzinin də azad olunduğu xəbəri verilib.
Üç tərəfdən mühasirə edilən şimal-şərq cəbhəsindəki bu kritik mahalın alınması bir neçə saat sürüb. Şeran qəsəbəsi alınmaqla Meydanlı Su Anbarının şərq tərəfi tamamilə YPG-lilərdən xilas edilmiş oldu.
Qərb cəbhəsində isə Türk döyüş təyyarələri Cinderesi mahalındakı terror mövqelərini vurur. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, bu gün günorta saatlarında verdiyi açıqlamada Cinderesindəki terrorçulara təzyiqin artdığını deyib.
Müxalifət.az