“Afrində ABŞ bizi tək qoydu, Münbiçdə elə deyil” – Terrorçubaşı Saleh Müslim

Baxış sayı:
4381

ABŞ-ın YPG-yə qol qanad gərdiyi Fəratın şərqi üçün əməliyyat ehtimalı güclü bir şəkildə həyata keçirilmək üzrə masada tutulur. Xüsusilə prezident Ərdoğanın əməliyyat açıqlamaları YPG-ni təlaşa salıb.
 
Məsələyə münasibət bildirən terrorçubaşı Saleh Müslim, "ABŞ ilə Türkiyə arasında masanın altında nə baş verdiyini bilmədiklərini" bildirərək "Afrində başımıza düşənlər NATO bombalarıydı" deyib
 
MASANIN ALTINDA NƏ NƏ BAŞ VERDİYİNİ BİLMİRİK
 
Prezident Ərdoğanın əməliyyat mövzusundakı qətiyyətli mövqeyi ilə TSQ-nin gördüyü hazırlıqlar PKK-nı qorxudub. Terrorçu PKK-nın Suriya davamı YPG-nin keçmiş rəhbərlərindən olan Saleh Müslim, Afrində olduğu kimi, burada da ABŞ-ın onları satma ehtimalından narahatdır.
Müslim, "Masanın altında nə baş verdiyini bilmirik. Amma biz xalqımızın öz gücünə, təşkilatına və müqavimətinə güvənirik" deyib.
 
AFRİNDƏ TƏK QALMAQ QORXUDUR
 
Müslimin bir qorxusu da Afrində ABŞ-ın onları tək qoymasının burada da təkrar olunmasıdır. Xüsusilə TSQ-nin Afrindəki fəaliyyətlərindən sonra kimsədən dəstək almadığı üşün şikayət edən terrorçubaşı Müslim, "Türkiyə bizi NATO silahları ilə vurdu" - deyib.
Müslim Türkiyəni günahlandıraraq "Məsələn, Afrində hamı susdu. 60 gün boyunca başımıza düşənlər NATO-nun bombaları, silahlarıydı. Bu NATO-nun da Birləşmiş Millətlərin də qanunlarına zidd oldu, amma heç kim səsini çıxarmadı" deyib.
Müxalifət.az