​Afrində 10 terrorçu ZƏRƏRSİZLƏŞDİRİLDİ!

Baxış sayı:
13078

Türkiyənin Milli Müdafiə Nazirliyi Afrində 2 gün bundan əvvəl Suriyanın Tel-Rüfət rayonundan edilən hücumları həyata keçirən PKK/YPG üzvü olan terrorçuların 10 nəfərinin zərərsizləşdirildiyini bildirib. Nazirliyin açıqlamasında deyilir: “Afrində PKK/YPG terror təşkilatının 9 iyun 2019-cu il tarixində Tel Rüfətdən edilən hücumundan sonra bölgədə yerləri aşkar edilən terrorçular ağır silahlarla atəşə tutulub, nəticədə 10 nəfər terrorçu zərərsizləşdirilib, şəhid olmuş qəhrəman türk hərbçilərinin və yaralıların qanı yerdə qalmayıb. Bölgədə terrorla mübarizəmiz axırıncı terrorçu zərərsizləşdirilənə qədər davam edəcəkdir”.
Müdafiə Nazilliyi həm də İraqın şimalındakı Zap və Metina bölgələrinə edilən hava hücumlarındanPKK terrorçularına məxsus hədəflərin vurulduğunu açıqlayıb.