Afrin əməliyyatından sonra bir ilk! ABŞ GENERALI TERRORÇULARLA GÖRÜŞDÜ

Baxış sayı:
6529

“Zeytun Budağ” Hərəkatının başlanğıcından bu yana, İraq və Suriyada olan İŞİD ilə mübarizə koalisiyasındakı Amerikalı generallar ilk dəfə əsas onurğasını terror təşkilatı YPG-nin yaratdığı Demokratik Suriya Qüvvələrinin (DSG) nümayəndələri ilə bir araya gəldi.
 
1 mayda başlanan Deyrizor əməliyyatının müzakirə olunduğu toplantının fotoları koalisiyanın sosial media hesabından paylaşılıb.
 
KOALİSİYANIN HESABINDAN PAYLAŞDILAR
 
Türkiyənin, Afrindəki terror təşkilatları PKK/KCK/PYD-YPG və İŞİD-ə qarşı başlatdığı “Zeytun Budağı” Hərəkatını əsas göstərib Suriyada İŞİD-ə qarşı əməliyyatlarını dayandıran və əsas onurğasını terror təşkilatı YPG-nin yaratdığı DSG-nin rəhbərləri ilə ABŞ və Koalisiya qüvvələrinin komandirləri  görüşüb. “Zeytun Budağı” Hərəkatının başlanğıcından bu yana ilk dəfə reallaşan görüşün görüntüləri, koalisiyanın sosial media hesabından paylaşılıb.
Fotoşəkillərdə, ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) Komandanı general Cozef Votelin bir DSG komandirlərinin birinə əl verdiyi görünür. Fotolar, “Koalisiya və Amerikalı generallar, Suriya Demokratik Qüvvələri tərəfdaşlarımız ilə İŞİD-ə qarşı Orta Fərat Vadisindəki mövcud əməliyyatlar haqqında daha yaxşı koordinasiya üçün görüşdük. 1 mayda əməliyyat başlanılmışdı. DSG, 64 kvadrat kilometr ərazini terrorçulardan təmizləmiş, bununla da İŞİD-dən təmizlənən sahə 5 min kvadrat kilometri aşmışdır” qeydləri ilə paylaşılıb.
Müxalifət.az