Afrin əməliyyatı üçün 1000 desant göndərildi

Baxış sayı:
834

Afrindəki hərəkata qoşulacaq desantlar təyyarələrlə Hatay bölgəsinə sövq edilir. Sərhədin o tayında minə yaxın desantın konkret tapşırıqlarla əməliyyat keçirəcəyi bildirib.
 
Türk əsgəri hərəkata başlamaq üçün əmr gözləyir. Afrinə əməliyyat üçün bütün hazırlıqlar tamamlanıb. Bölgəni hər tərəfdən mühasirəyə alan Türk ordusu terror təşkilatının atdığı hər addımı saniyə-saniyə təqib edir.
Verilən məlumata görə, TSK-nin xüsusi birliklərindən olan Kayseri Hava Desant Briqadası ilə Kırklareli 55-ci Piyada Briqadasından çox sayda əsgər bölgəyə sövq edilib.
Sərhədin o tayında əməliyata başlamaq üçün xüsusi tapşırıq alan minə yaxın desant qüvvələri isə bir an öncə hərəkətə keçmək üçün əmr gözləyir.
Müxalifət.az