Afrin əməliyyatı gecikərsə Türkiyənin ƏLEYHİNƏ OLACAQ - Təhlil

Baxış sayı:
1405

Afrin və ABŞ-ın Suriya sərhədində yaratmağa çalışdığı terror ordusu mövzusu bu gün gündəmi məşğul edən əsas müzakirə obyektidir. Bir çox ekspertlər Türkiyənin həddindən artıq gecikdiyini və əməliyyatın daha çox yubadılmasının Türkiyənin əleyhinə olacağını iddia edirlər.
 
Türkiyənin NATO üzvlüyü çərçivəsində müttəfiqi olan ABŞ Suriyada Türkiyənin milli təhlükəsizlik qayğılarını "yox sayan" bir mövqe içində hərəkət edir.
 
ABŞ əsassız davranır
 
ABŞ-ın Afrin və Suriya sərhədində yaratmağa çalışdığı terror ordusu yönündəki mövqeyi ziddiyyətlidir. Məhz bu baxımdan Türkiyənin Afrinə əməliyyatla bağlı hazırlıq dərəcəsinin artırılması əhəmiyyətlidir. Çünki Amerikadan bir birini tutmayan açıqlamalar gəlir. Bu da Türkiyənin təhlükəsizliyi ilə bağlı əndişəsini daha da artırırdı. Bölgədə, Türkiyənin öz təhlükəsizliyini təhlükəyə salacaq cəhdlərə mane olmaq üçün nümayiş etdirdiyi bir qətiyyəti söz mövzusudur. Anlaşılır ki, ABŞ bir şəkildə dialoqu açıq tutmaq istəyir. Lakin bu istəyi haqlı edəcək, ya da tərəflərin razılaşmasını təmin edəcək bir proses və inkişaf yoxdur. Bu üzdən hazırlıq dərəcəsi ABŞ-ın bundan sonra alacağı mövqeyə bağlı olaraq artırılacaqdır. Türkiyə ABŞ-ı “terror ordusu” yaratmaq və silahlandırmaq kimi Türkiyənin təhlükəsizliyini təhdid edəcək addımlardan çəkindirmək istəyir.
Türkiyə, Afrin məsələsində bütün hazırlıqlarını görsə də, bu məsələdə gecikdiyi birmənalıdır. Daha çox gecikməsi isə Türkiyənin xeyrinə deyil, əleyhinə olacaqdır. Çünki terror bölgəsində yaradılmaq istənən bir federal dövlət və onu qoruyacaq terror ordusu planı mövcuddur. Və hər keçən gün bu qurumlar daha da möhkəmlənir. Terror təşkilatı dövlət olma yolunda addım atır. Buna görə də oradakı yaranışa bəri başdan mane olunmazsa, gələcəkdə qarşıya daha əziyyətli bir qurum, güc mərəkəzi çıxa bilər. Türkiyə daha çox gecikmədən Afrinə, Münbiçə və hara lazımdırsa, ora əməliyyatlarını bir an öncə keçirməlidir. Çünki buradakı əsl hədəf Afrin deyil, Türkiyənin mühasirəyə alınması layihəsini ortadan qaldırmaqdır.

Müxalifət.az