Afrin iddialarına ABŞ-dan CAVAB: XAOS YARADACAQ

Baxış sayı:
1091

Pentaqon, Afrin əməliyyatının Türkiyə-Amerika münasibətlərini bir xaosa sürükləyəcəyinə dair iddiaları rədd edərək, Türkiyə ilə mütəmadi təmasların davam etdiyini bildirib.
 
Pentaqonun sözçüsü Erik Pahon, sosial mediada adları açıqlanmayan ABŞ rəsmilərinin Türkiyənin Afrinə əməliyyat keçirməsinin Türkiyə ilə ABŞ arasındakı əlaqələri xaosa sürükləyəcəyi və regional münaqişələrə yol açacağını ifadə etdiyinə dair şərhlərinə münasibət bildirib.
 
TƏK BİR ADDIM XAOS YARATMAZ, TÜRKİYƏ İLƏ TƏMASDAYIQ
 
Türk-Amerikan münasibətlərində işlərin bu şəkildə getmədiyini ifadə edən sözçü," Bir addım tipik olaraq xaos və ya tənəzzülə səbəb ola bilməz. Biz müttəfiqimiz Türkiyə ilə mütəmadi əlaqədəyik" deyə, söyləyib.
 
AFRİNDƏ BİZİM ƏSGƏRLƏRİMİZ YOXDUR, BİZƏ BİRBAŞA TƏSİR GÖSTƏRMİR
 
 Pahon belə davam edib:
 
“Biz bunları aramızda danışırıq. Müttəfiq olmaq da budur. Müttəfiqlər eyni qənaətdə olmağa məhkum deyillər, amma birlikdə işləməyə meyllidirlər. Afrin məsələsində isə, orada bizimkilər (əsgərlər) yoxdur deyə, bizə birbaşa təsir göstərmir. Bəli, hamı əsas hədəfimiz olan İŞİD-in məğlub edilməsinə yönəlməsini görmək istərdik".
 
RUS ƏSGƏRLƏRİNİN AFRİNDEN ÇƏKİLMƏSİ MƏSƏLƏSİ
 
Türkiyə ilə Rusiya arasında Rus qüvvələrinin Afrindən çəkilməsi istiqamətində varılan anlaşma ilə bağlı suala isə Pahon, məsələnin Türkiyə ilə Rusiya arasında bir anlaşma olduğunu ABŞ-ın buna daxil olmadığını qeyd edib.
Pentaqon daha öncə də ABŞ-ın Afrindəki PYD/PKK ünsürlərini İŞİD əleyhinə əməliyyatların bir hissəsi kimi görmədiklərini, buna görə də Afrin ilə bağlı işlərinin olmadığını ifadə etmişdi.
Müxalifət.az