Afrin hərəkatının detalları BƏLLİ OLDU: PKK YOX OLACAQ

Baxış sayı:
2544

Türkiyə, baş verən son hadisələrdən sonra Afrinə hərəkat planını dövrəyə qoyub.
 
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, "Ordu yaratdığını güman etdikləri qarətçiləri bir həftə keçməz ki, necə darmadağın edəcəyimizi görəcəklər" sözləri ilə Afrin əməliyyatın siqnalını vermişdi.
“Sabah” qəzetinin xəbərinə görə, Afrindəki terror şəbəkəsini dörd tərəfdən əhatə edəcək planın bəzi detalları bəlli olub.
Hərəkat planı çərçivəsində TSK, Afrinə hakim olacaq 4 strateji nöqtədə yaradılan təhlükəsizlik və müşahidə zonasına tam olaraq yerləşdi. Beləliklə də Afrin cənubdan mühasirə edildi.
“Fərat Qalxanı” bölgəsindəki TSK bazaları ilə Türkiyənin dəstəklədiyi müxaliflər də hərəkat üçün hazırlıqlarını tamamlayıb. Terrorçular “Fərat Qalxanı” bölgəsi ilə şərqdən mühasirəyə alınarkən, Azez, Mare və əl Babda Türk tanklarının lülələri də Afrinə yönəlib.
 
100 KM-lik QIRMIZI XƏTT
 
Reyhanlıdan Kilisə qədər olan 100 kilometrlik sahədə yaradılan xətdəki qoşunlara, Suriya tərəfindəki yaşayış məntəqələrindən aparan sızmaların qarşısını almaq üçün "hazır olun" göstərişi verilib.
Terror təşkilatı PKK-nın Türkiyəyə sızmaq üçün istifadə etdiyi Amanoslarda təhlükəsizlik qüvvələri də hərəkətə keçirilib.
TSK və xüsusi xidmət orqanları Afrində əldə edilən məlumatları öncədən xəritələrə işləmişdi. Terror təşkilatı YPG və SDG-nin, xüsusilə Afrinin şərqindəki Kilis sərhədində yerləşən Bursaya Dağına yerləşdiyi, burada tunellər açdığı təsbit edilmişdi. YPG təşkilatının yerləşdiyi mövqeləri, tunellər, keçid marşrutları, mağara və sığınacaqları, mərmiləri, döyüşçü sayları, sursat tutumları, ABŞ əsgərləri ilə terror təşkilatının təlim düşərgələrini da birləşdirəcək hərtərəfli hazırlıq görülmüşdü. İndi müəyyən edilən o terror koordinatları bir-bir məhv ediləcək.
 
SİNXRON HÜCUM
 
Xüsusi Təyinatlı dəstələrin endirilməsi ilə quru əməliyyatı başlayacaq. İdlib-Afrin sərhəd xəttində strateji nöqtələrə qurulan 4 müşahidə və təhlükəsizlik bölgəsi ilə Fərat Qalxanı bölgəsində olan zirehli birliklər də eyni anda hərəkətə keçəcək.
Müxalifət.az