Afrinə Cindərəsi modeli ilə MÜHASİRƏ

Baxış sayı:
4399

TSQ-ASO qoşunlarının addım-addım irəlilədiyi Afrinə məhəllə əməliyyatı dərhal başlamayacaq. TSQ Afrində Cindərəsndə tətbiq etdiyi taktikaya əl atacaq.
 
Şimal və şərq hissəsi tamamilə TSQ-ASO birliklərinin əlinə keçən Afrinə məhəllə əməliyyatı dərhal başlamayacaq. Məlumatlara görə, TSQ, Afrin mərkəzini PKK-dan təmizləmək üçün Cindərəsində tətbiq etdiyi taktikaya əl atacaq.
 
HƏR TƏRƏFDƏN MÜHASİRƏYƏ ALACAQ
 
Afrinə hakim olan Qaratəpə və Halidiyə kimi mövqelərin alınmasından sonra yeni hədəfin rayon mərkəzi deyil, Yürendə və Cüdeyde olduğu, beləliklə də yaxın günlərdə Afrinin hər tərəfdən mühasirə olunacağı bildirilir.
 
MÜLKİ ƏHALİ ÜÇÜN DƏHLİZ AÇILACAQ
 
Afrin mərkəzinə hakim strateji Cəbəl Ahmenin də (Axma Dağı) alınmasından sonra terrorçuların 4 tərəfdən də mühasirəyə alınacağı bildirilir. Əməliyyatın bu mərhələsindən sonra TSQ, Afrin mərkəzindən əhalinin çıxışı üçün dəhliz açacaq. Əhalinin çıxmasından sonra isə mərkəzə qarşı məhəllə əməliyyatı başlayacaq.

Müxalifət.az