​AFRİNƏ 6,03 KİLOMETR QALDI! Öcalan və Əsədin portretləri endirilir

Baxış sayı:
8527

Şimal çəbhəsində şəhrlər biri-birinin ardınca alınır. Beləcə, Afrinin mərkəzinə 6,03 kilometr məsafə qalıb. PKK/YPG/-li terrorçulardan təmizlənən ümumi ərazi 814 kilometrə çatıb. Cindərəsdə Əsəd, Böyük Halibu və Kiçik Halibu şəhərlərində isə PKK/PYG-li terrorçuların asdığı terrorbaşı Öcalanın portretləri endirilib.
 
Maranezdə əməliyyat gedir
 
Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu dünən axşam saatlarında Afrinin şimalındakı Maranez kəndində əməliyyata başlayıb.
Muxalifət.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin raketlərlə vurduğu Maranez kəndində terrorçulara aid hədəflər Azad Suriya Ordusu qoşunları tərəfindən ağır texnika ilə atəşə tutulub.
PYK/PKK terrorçularının da qarşılıq verdiyi atışma zamanı MSU-nun əsgərləri Maranezdəki hədəfləri bir neçə saat ardıcıl zərbə endirib.
Digər tərəfdən Azezin Afrin və Hələb arasında əlaqə yaradan və 4 ildən bəri terrorçuların əlində olan Qərb Qovşağı da atışmadan sonra MSO-nun nəzarətinə keçib.
Axşam saatlarında qovşağa nəzarətin gücləndirilməsiylə bağlı çox xeyli sayda MSO əsgərləri uzun illərdən bəri gedə bilmədikləri əraziyə keçərək şadyanalıq ediblər. Türkiyənin lehinə şüarlar səsləndirən, ay ulduzlu bayrağı dalğalandıran Azad Suriya Ordusu əsgərləri ən qısa zamanda Afrini də azad edəcəklərini deyiblər./ Hurriyyet/