​AFFA-nın yeni iclası keçirildi: Hansı klublar cəzalandırıldı?

Baxış sayı:
6088

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, Topaz Premyer Liqasının XVII turunun “Neftçi” – “Zirə” matçının 76-cı dəqiqəsində “Zirə” klubunun futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Azərbaycan I divizionun XV turunun “Zaqatala” – “Mil-Muğan” matçında “Mil-Muğan” komandasının heyətində adı protokola qeyd olunmamış futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 800 manat cərimə olunur.
“Binə” – “Xəzər” matçının 87-ci dəqiqəsində “Binə” klubunun futbolçusu Ramil Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
“Qaradağ Lökbatan” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Şüvəlan” klubunun futbolçusu Həşimi Mirkamil ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
Region Liqasının “Şağan” (Bakı) – “Ümid Masallı” (Bakı) matçının 36-cı dəqiqəsində “Şağan” klubunun futbolçusu Talıb Cabbarov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. Oyunun 36-cı dəqiqəsində “Şağan” klubunun futbolçusu Namiq Salayev aqressiv davranış, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır.