Aeroport yolunda 3 maşın toqquşdu: yaralanan var - VİDEO

Ötən gecə Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.
 
 “Mercedes” markalı avtomobilin yanacağı qurtarıb. Sürücü maşını yolun hərəkətdə olan hissəsində saxlayaraq yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə yollanıb.
Bu vaxt arxadan gələn “KİA” markalı avtomobil yolda hərəkətsiz dayanan “Mercedes”ə çırpılıb, ardınca isə “London taksi”sinin sürücüsü idarəetməni itirərək maşını “KİA”ya çırpıb.
Hadisə nəticəsində “KİA”da olan bir nəfər ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Hadisədən dərhal sonra hava limanı avtomagistralında sürət həddi 60 km/saata endirilib. Yolun 1-ci, 2-ci və 3-cü zolağında nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
**Artıq qəza nəticəsində xəsarət alanın şəxsiyyəti müəyyənləşib. 3 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, bu, 1991-ci il təvəllüdlü Tərlan Kazımovdur. O, “KİA” markalı avtomobilin sürücüsüdür. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.