İş adamlarına gələn qorxulu zəng – “Quli” sahibkarlardan xərac tələb edir

Baxış sayı:
12172

Yekaterinburq və Sverdlovsk vilayətində fəaliyyət göstərən azərbaycanlı iş adamlarına “Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun adamlarından “xərac” tələbilə bağlı zənglər gəlir. 

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, iş adamlarına Türkiyədən zəng vuran şəxslər bəzən özlərini “Quli”nin qardaşı Namiq Səlifov, yaxud da “qanuni oğru”nun özünə yaxın adam kimi təqdim edirlər.

Onlar “qanuni oğru” Rövşən Lənkəranskinin qətlə yetirlidiyini xatırladaraq artıq “Quli”yə xərac verməli olduqlarınl bildirirlər. Həmin şəxslər iş adamlarını təhdid etməkdən belə çəkinmirlər. 

Onlar bildirir ki, xərac verməkdən imtina edənlər artıq bəzi iş adamlarına tanış olan şəxslərlə “görüşməli” olacaqlar. “Həmin biznesmenlərin birindən 10 min dollar və maşın alınıb. Digəri isə 15 min dollar ödəməli olub”, - deyə mənbə bildirib.

Əvvəllər Sverdlovskun hüquq-mühafizə orqanları Nijni Tagildə  Rövşən Lənkəranskinin maraqlarını təmin edən reket dəstəsinə qarşı mübarizə aparırdılar. Sonradan bu dəstə tamamilə sıradan çıxarıldı.  İndi oxşar dəstə yenidən fəaliyyətə başlayıb. Bu dəfə “Quli”nin maraqları təmin olunur. 

Bu arada “Quli”yə yaxınlığı ilə seçilən kriminal avtoritet regiona gəlib. O bir müddət əvvəl silahlı münaqişəyə görə bölgəni tərk etmişdi. “Dördüncü tərəvəz anbarının sahibkarları artıq Hacıyevi yaxşı tanıyırlar. Hal-hazırda o, iş adamlarını inandırmağa çalışır ki,  “xərac” verilməldir və hələlik xoşluqla danışdığını, lakin tonunun dəyişə biləcəyini deyir”,- deyə mənbə bildirib.

Maraqlıdır ki, “Quli”nin döyüşçüləri "Komsomolskaya 73" ünvanındakı bazada yerləşən diaspor nümayəndələrindən birinin anbarında məskunlaşıblar. İş adamlarını telefon nömrələrinin “Quli”nin əlinə necə düşməsi isə bəlli deyil.