​Ad günü keçirən qonşusunun həyətinə qranat atdı – 15 NƏFƏR XƏSARƏT ALDI

Baxış sayı:
3523

Rusiyanın Stavropol diyarının Prietokski kəndində qonşularının səs-küy salmasına əsəbləşən şəxs onların həyətinə qumbara atıb.
Rusiya mətbuatı xəbər verir ki, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.
Hadisənin motivinə gəlincə isə qonşuda ad günü münasibəti ilə məclis keçirilib. Məclisdə iştirak edənlərin səsinə əsəbləşən içkili şəxs evində saxladığı qumbaranı qonaqların olduğu həyətə tullayıb.
Qonaqlardan biri qranatı masanın altına atıb. Baş verən partlayış nəticəsində xəsarət alanlar hadisə yerinə cəlb edilən dörd təcili yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Məclisdə iştirak edən 18 nəfərdən 15-i xəsarət alıb.
Hazırda bir nəfərin vəziyyəti ağır, daha iki nəfərin isə orta-ağırdır. Hadisəni törədən şəxs Stavropol diyarında saxlanılıb. /Report