​Abşeronda kütləvi dava baş verib

Baxış sayı:
2536

Abşeron rayonunda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Saray qəsəbəsində baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü Mustafayev Rahim Şahin oğlu qəsəbə ərazisində fəaliyyət göstərən "Pəhləvanlar" obyektində kütləvi dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırlıb və əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)