​Abşeronda avtomobil aşıb – ÖLƏN VAR

Abşeronda avtomobil aşıb, sürücü ölüb.
"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, dostuna məxsus "Opel" markalı avtomobili idarə edən 1991-ci il təvəllüdlü Mehdizadə Fərman Yaşar oğlu idarəetməsində olan nəqliyyat vasitəsini aşırıb. Qəza zamanı zərbə o qədər güclü olub ki, sürücü baş və bədən nahiyələrindən xəsarət alaraq ölüb.
Faktla bağlı əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.
Araşdırma aparılır.