ABŞ-ın yeni təyin olunan səfiri Bakıya gəldi

Baxış sayı:
11347

Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Li Litsenberger martın 7-də ölkəmizə gəlib.
Muxalifet.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibə verən diplomat, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib.
Bildirib ki, ABŞ səfiri kimi səlahiyyətlərinin icrasına başlamağı, mədəniyyətimizlə tanış olmağı, habelə xalqlarımız və ölkələrimiz arasında əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyir.