ABŞ-ın yeni Suriya ƏMƏLİYYATINDAKI ƏSAS HƏDƏFİ

Baxış sayı:
3271

Suriya bu günə qədər inanılmaz qırğınlar edib, cinayətlər törədib. Hətta kimyəvi silah istifadə edib. Bütün bunlar müharibə cinayəti sayılacaq məsələlərdir. Amma buna rəğmən bu günə qədər kimsə qılını belə tərpətmədi. İndi sual olunur, nə dəyişdi ki, ABŞ hərəkətə keçdi?
 
 Türkiyə Suriyanın şimalında Membiçdə əməliyyat hazırlıqları görərkən, ABŞ Dəməşqə girməyə hazırlaşır. ABŞ 22 mövqeni hədəf alacaq. Hədəf alınan nöqtələr, hava, quru və dənizdən vurulacaq. Hədəfdə Xüms, Dəməşq, Tartus və Xama ilə birlikdə Hasekə, Deyrizor və Raqqa sərhədləri daxilində yer alan hərbi qərargahlar və bazalar də var. ABŞ bu əməliyyatda yanına İsrail, İngiltərə və Fransanı da alır. Və təbii ki, bəzi Ərəb rejimləri də bu koalisiyanın təbii müttəfiqi rolundadır. Və əlbəttə PYD və bəzi terror ünsürləri də o cümlədən. Hədəfdə isə yalnız Suriya rejimi deyil, eyni zamanda Rusiya, İran, Livan Hizbullahı və İŞİD deyə, idarə olunan terror təşkilatları da var. Təbii ki, planın içində Türkiyəyə əngəl olma istəkləri də var.
ABŞ Rusiyanı Suriyadakı Tartus limanından çıxmağa məcbur etmək etmək istəyir. Rusiya Tartusdan çəkilərsə, donanmasının Aralıq Dənizdəki varlığı sona çatacaq. Çünki Rusların Yunan Kiprindəki bazası partladılıb. Əlində qalan yeganə baza Tartusdur. O da getsə, bu gün üçün ABŞ qarşısında regionda heç kim qalmır.
Son günlərdəki subliminal mesajların arxasında yatan həqiqətləri bu hadisə ilə əlaqələndirmək olar. FETÖ-çuların, "yaxın gələcəkdə müjdəli xəbərlər var" mesajlarının arxasında da bu "işğal əməliyyatı" var.
Bu işin 2 ayağı var. Birincisi bölgənin yenidən dizaynı, ikincisi bu regionda Rusiya ilə hesablaşma. Rusiyanın Tartusdan çıxarılması və Putinin hərbi cinayətkar kimi Haaqaya göndərilməsinə qədər uzanan bir proses.
Bölgənin yeni dizaynı deyəndə, bu işin içində İraq, Mosul, Kürdüstan, Suriyanın parçalanması, Livanın yeni bir Xristian dövlət kimi dizayn edilməsi, İsrailin sərhədlərinin yenidən cızılması, İordaniyanın sərhədlərinin Hicaz bölgəsinə doğru genişləndirilməsi də var.
Yəni ABŞ PYD terrorçuları ilə edə bilmədiyini, indi bölgədəki digər müttəfiqlərini də yanına alaraq etməyə hazırlaşır.
Müxalifət.az