“ABŞ-ın yeni sanksiyaları Rusiya üçün çətinliklər törədəcək” - Qabil HÜSEYNLİ

Baxış sayı:
2598

ABŞ-ın Moskvaya qarşı yeni sanksiyalarının Rusiyanın Azərbaycan və Ermənistana silah satmasına da təsir göstərə biləcəyi ehtimalı erməniləri narahat edir. Erməni hərbi ekspert Vova Vardanov deyir ki, Azərbaycan Rusiyadan silah almasa belə, bu, onun silah arsenalına ciddi təsir göstərməyəcək: “Azərbaycan müasir silahları başqa ölkələrdən də alır, Rusiya bu ölkələrdən biridir. Ancaq ABŞ-ın sanksiyaları işə salınandan sonra Ermənistanın vəziyyəti ağır olacaq. Çünki bizim nə silah almağa pulumuz, nə də bizə silah satacaq başqa bir ölkə var”.
 
“Ermənilərin narahat olmasına əsas var”
 
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının erməniləri narahat etməsi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Muxalifet.az-a bildirdi ki,  ermənilərin narahat olmasına əsas var: “Əvvəla, Ermənistan da başqa ölkələr kimi Rusiyadan həm yardım şəklində, həm də orada çalışan ermənilərin öz ölkələrinə göndərdiyi pul əsasında vəsait əldə edir. Amma əsas pulu silah yardımı, aşağı faizli kreditlər şəkilində alınır. Rusiyanın vəziyyəti pisləşəndən sonra Ermənistana bu cür kredit, silah vermək kimi məsələlər tamam dayandırılıb”.
 
“Azərbaycanın  silah alması ilə bağlı sıxıntısı olmayacaq”
 
Q.Hüseynli diqqətə çatdırdı ki, Azərbyacanın hələlik Rusiya ilə müəyyən müqavilələri var: “Sanksiyalar o müqavilələri əhatə etmir. Onları axıra qədər Rusiya göndərməlidir. İkincisi də Azərbyacan artıq yeni silah bazarları əldə edib. Türkiyə, Pakistan, Cənubi Afrika, İsrail və digər ölkələrlə bu barədə razılaşmaları var. Gələcəkdə Azərbaycan Avropa ölkələrindən də müxəlif silahlar əldə edə bilər. Ona görə də Azərbaycanın bu məsələ ilə bağlı sıxıntısı olmayacaq”.
 
“Rusiya ünumdünya bank sistemindən çıxarılarsa, bu, Rusiyanın maliyyə bazarını tam çökdürə bilər”

Q.Hüseynlinin fikrincə, ABŞ-ın sanksiyaları “öldürücü” olarsa, Rusiya ünumdünya bank sistemindən çıxarılarsa, bu, Rusiyanın maliyyə bazarını tam çökdürə və dünya ilə ticarət əlaqələrinə “öldürücü” təsir göstərə bilər: “O sanksiyalar içərisində “öldürücü” sanksiyalar olacaqsa, onda Rusiya üçün çox çətinliklər törədəcək”.
 
“Rusiyanın istiqrazları onsuz da gücdən düşməyə başlayıb”
 
“Fevral ayında Rusiya dövlət istiqrazlarına investisiyalara məhdudiyyət tətbiq edilərsə, bu, Rusiya maliyyə bazarına necə təsir edəcək” sualını Q.Hüseynli belə cavablandırdı: “Rusiyanın istiqrazları onsuz da gücdən düşməyə başlayıb. O istiqarazları alan yoxdur. Maliyyə sanskiyaları tətbiq ediləndən sonra, məncə, o istqrazların dövriyyədən çıxarılması lazım gələcək”.
 
Şamo EMİN, Muxalifet.az