ABŞ-ın yeni oyunu: 400 AVROYA “TERROR SAFARİSİ”

Baxış sayı:
2167

Almaniya, Fransa, Danimarka, İngiltərə, Hollandiya, İsveç başda olmaqla, Amerika və Avstraliyada yaradılan səyahət agentlikləri Suriyada PKK-nın nəzarətində olan bölgələrə “turist” turları həyata keçirir. PKK tərəfdaşı olan şəxslər tərəfindən yaradılan agentliklər yüzlərlə turisti İraqın qərbinə və Suriyadakı PKK və ABŞ işğalındakı bölgələrə daşıyır. Bağdad və Ərbil xəttini istifadə edən Qərb terror havadarları ABŞ əsgərləritərəfindən qorunur. “Terror safari” çərçivəsində Suriyaya keçən qərblilər Pentaqonun silah daşıdığı marşrutu istifadə edərək Ayn əl Ərəb, Rakka, Eyn İsa və Haseke bölgələrində gəzdirilir.
 
3 AYDA 700 QƏRBLİ GƏLDİ
 
Ərbildə turizm səyahət müəssisəsi olan “Əbu Nasir”, yalnız 2018 ilin may-sentyabr aylarında 700 avropalının PKK-nın işğal dəhlizinə səfər məqsədli keçid etdiyini bildirib. Bağdadla koordinasiya halında prosesin aparıldığını bildirən İraqlı Turizmci “Yeni Şafak” qəzetinə verdiyi açıqlamada Ərbildən etibarən səfər marşrutunu amerikalılarla birlikdə PKK döyüşçülərinin quruduqlarını qeyd edib. Qrupların 6 ilə 15 nəfər arasında dəyişdiyini bildirən “Əbu Nasir”, turistlərin tur üçün 400 ilə 700 avro arasında dəyişən rəqəmlər ödədiyini söyləyib.


 
YÜKSƏK MİQDARDA İANƏ EDİRLƏR
 
“Terror safari” marşrutu İraqın Sincar bölgəsindən başlayır və Haseke-Şeddadi qəsəbəsi ilə davam edir. Terror təşkilatının qəbirstanlıqları və İŞİD səhnəsinə dair döyüş meydanları ziyarət edilən prioritet məkanlar arasındadır. “Terror safari”-də iştirak edən qərblilər gəzilən bölgələrdə PKK başçısı Abdullah Öcalan plakatlarının altında bol bol fotoşəkil çəkdirir və PKK himnləri ilə müşayiət olunurlar. Hasekədən verilən yerli mənbənin məlumatına görə, PKK-nın Hasekə bölgəsində açdığı kilsələr xüsusilə tur səfərlərində nümayiş etdirilir. Adının açıqlanmasını istəməyən mənbə, qərbli turistlər terroristlərə aid düşərgə və qərargahları da səfər çərçivəsində ziyarət etdikləri və PKK-nın işğal etdiyi şəhərlərdə terror sevicilərin təşkilata ciddi miqdarda ianə edərək ölkələrinə qayıtdığını bildirib.
 
HEÇ BİR ƏNGƏLLƏ QARŞILAŞMIRLAR
 
ABŞ və Avropadan gələrək terrorçulara dəstək məqsədli Suriya və İraqda PKK bölgələrini gəzən macəraçılar Öcalan emblemli bölgülər və PKK gerbli silahlı hərbiçilərlə çəkdirdikləri fotoşəkilləri şəxsi sosial hesablarından bölüşürlər. Ayn əl Arab (Kobani) teatrından sonra başlayan terrora dəstək səfərləri və minlərlə Avropalı terrorçunun PKK sıralarında aktiv olaraq döyüşməsinə baxmayaraq heç bir Avropa ölkəsi vətəndaşlarına qarşı hər hansı bir hüquqi prosedur həyata keçirmədi.
Müxalifət.az