ABŞ XİN-dən Putin-Ərdoğan anlaşmasına İLK REAKSİYA

Baxış sayı:
4078

ABŞ Dövlət Departamenti İdlibdə Türkiyə ilə Rusiya arasında varılan anlaşmaya münasibət bildirib.
 
Adının açıqlanmasını istəməyən XİN sözçüsü, Türk və Rus hökumətləri arasında danışıqlara ABŞ-ın daxil olmadığına işarə edib.
 
MƏMNUNİYYƏTLƏ QARŞILAYIRIQ
 
Sözçü, "Türkiyə ilə Rusiyanın, Əsəd rejimi ilə müttəfiqlərinin İdlibdə hərbi hücumunun qarşısını almağa yönəlik addımlar atdığını görərək cəsarətləndik. Suriyada zorakılığı azaldacaq hər səmimi səyi məmnuniyyətlə qarşılayırıq. Ümid edirik ki, (İdlibdəki) sabitlik daimi olur" deyib.
Əsəd rejiminin İdlibə qarşı mümkün hücumunun həm bu şəhərdə, həm də regionda ciddi tənəzzülə səbəb olacağına diqqəti çəkən sözçü, "Əsəd rejiminin İdlib və başqa yerlərdə vəziyyəti gərginləşdirəcək aksiyalarına dair narahatlığımız davam edir. Buna görə də regiondakı vəziyyəti və rejimin addımlarını yaxından izləməyi davam etdirəcəyik" deyə, bildirib.
 
Bu münaqişənin hərbi həlli yoxdur
 
Sözcü, sonra bunları deyib:
“Həm prezident Tramp, həm də prezident Putinin Vyetnamda xüsusi olaraq qeyd etdiyi şey budur: Bu (Suriyadakı) münaqişənin hərbi həlli yoxdur. Bütün tərəflər hərbi hücumlarını dayandırmalı və enerjilərini Suriyada daimi siyasi həll  xərcləməlidirlər. BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) uzun zamandır qeyd etdiyi kimi, münaqişəni sona çatdırmaq Cenevrə Prosesi və BMT TŞ-nı 2254 saylı qərarı əsasında siyasi həll yolu tapmağı tələb edir".
Nazirlik sözçüsü, açıqlamasının sonunda, "ABŞ-ın, zorakılığın yenidən baş qaldırmasına mane olacaq və vətəndaşların qorunmasını təmin edəcək bütün sağlam səyləri dəstəklədiyini" bildirib.

Müxalifət.az