ABŞ-ın xaraba qoyduğu Rakka-da minlərlə cəsəd çıxarılır

Baxış sayı:
6415

Rakka, 17 oktyabr 2017-də ABŞ-ın hava dəstəyi ilə terror təşkilatı YPG/PKK tərəfindən İŞİD-dən ələ keçirilmişdi.
 
Ötən bir ildə şəhərdə bir çox kütləvi məzarlıqlar aşkar edilib.
Toqquşmalarda həyatını itirən mülki insanların ailələrinin müraciətindən sonra açılan məzarlardan fövqəladə vəziyyətdə basdırılmış çox sayda cəsəd yenidən çıxarılır. Yaxınları, cəsədləri İslami üsullara uyğun dəfn olunmaq üçün qəbiristanlıqlara aparır.
 
Kütləvi məzarlardan indiyə qədər təxminən 3 min cəsəd çıxarılıb
 
“Rakka səssizcə məhv edilir" adlı activist təşkilatı keçən hesabatında, "Rakka mülki məclisi şəhərdəki cəsədlərin toplanması, xaosun aradan qaldırılması, mina və partlayıcı maddələrin təmizlənməsi üçün koalisiya güclərindən pul dəstəyi almışdı. Ancaq məclis bu barədə demək olar ki, heç bir şey etmir" deyə qeyd edib.
Hesabatda, Rakka şəhər mərkəzində bu ana qədər olan kütləvi məzarlardan çoxu mülki əhali olmaqla, təxminən 3 min cəsədin çıxarıldığı bildirilmişdi.
 
Rakkada humanitar böhran davam edir
 
Terror təşkilatı YPG/PKK, Rakkada, işğalındakı digər bölgələrdə yaratdığı təzyiq və terror sistemini tətbiq edir. Əhalini zorla silah altına alan YPG/PKK, İŞİD ilə toqquşmalar zamanı əl qoyduğu evləri sahiblərinə təvfil vermir. Koalisiyanın intensiv hava hücumları nəticəsində demək olar ki, tamamilə xarabalığa çevrilən şəhər mərkəzində əhali, sökülən evlərini yenidən inşa etmək üçün öz məhdud imkanlarını istifadə edir.
YPG/PKK, şəhərdə əhaliyə hər hansı bir xidmət etmir. Başqa çarələri olmadığı üçün evlərinə qayıdan az sayda mülki əhali, çətin şərtlər altında həyat mübarizəsi verir. Terror təşkilatı YPG/PKK, müxaliflərlə əlaqəli olduqları bəhanəsi ilə bir çox mülki insanı həbsxanalarda saxlayır.
Müxalifət.az