ABŞ-ın vitse prezidentindən Türkiyəyə S-400 təhdidi

Baxış sayı:
7045

Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse prezidenti Mayk Pens çıxış edib.
 
Pens-in gündəmində Türkiyənin Rusiyadan satın alacağı S-400 havadan müdafiə sistemləri də vardı. ABŞ-ın vitse-prezidenti,  “NATO müttəfiqləri Şərqdən silah alarkən ABŞ buna seyrçi qala bilməz " deyərək dolayısı ilə Türkiyəyə işarə edərək təhdid edib.
 Pens eyni zamanda, Trampı təkrar edərək NATO müttəfiqlərinin müdafiə xərclərini artırması lazım olduğunu söyləyib.
ABŞ-ın Yaxın Şərqdəki güclü varlığını qoruyacağını ifadə edən Mayk Pens, İŞİD terror təşkilatının bundan sonra da izini təqib edəcəklərini bildirib.
Müxalifət.az