ABŞ-ın vitse-prezidenti dövlət katibini istefa fikrindən daşındırıb

ABŞ-ın vitse-prezidenti Maykl Pens dövlət katibi Reks Tillersonu istefaya getmək fikrindən çətinliklə döndərib.
 
TASS xəbər verir ki, bu barədə NBC telekanalı administrasiyadakı çoxsaylı mənbələrinə istinadən məlumat yayıb.
NBC telekanalı bu hadisənin Milli Təhlükəsizlik Şurasının iyulun 20-də Pentaqonda keçirilən iclasında baş verdiyini bildirib.
Məlumatda vurğulanıb ki, R.Tillerson Ağ Evdə Milli Təhlükəsizlik Şurasının (MTŞ) digər üzvlərinin yanında Donald Trampı axmaq adlandırıb və dövlət başçısı ilə bir sıra daxili-siyasi məsələlərdə fikir ayrılığına görə postundan könüllü gedəcəyi ilə hədələyib./report