ABŞ və Türkiyədən birgə “xidmət gücü”

Baxış sayı:
3952

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Suriyadan çəkilmə prosesini koordinasiya etmək üçün Türkiyə ilə ABŞ arasında bir vəzifə gücü qurulduğunu açıqlayıb.
 
Nazir Çavuşoğlu İŞİD Əleyhinə Koalisiyanın Xarici İşlər Nazirləri Toplantısında kı iştirakından sonra Vaşinqtonda bir sıra görüşlər keçirib və bununla bağlı mətbuat konfransında açıqlama verib.
 
 ABŞ İLƏ TÜRKİYƏ ARASINDA BİRGƏ XİDMƏT GÜCÜ YARADILIB
 
 Türkiyə ilə ABŞ-ın Amerikan əsgərlərinin çəkilməsi və Türkiyənin Suriyada söz mövzusu olan təhlükəsizlik qayğılarına yönəlik birgə iş apardığını deyən Çavuşoğlu, ABŞ-ın Suriyadan çəkilmə prosesini koordinasiya etmək üçün Türkiyə ilə ABŞ arasında ortaq bir xidmət gücünün qurulduğunu bildirib.
Münbiç yol xəritəsində də gecikmələrin olduğunu xatırladan Çavuşoğlu, pis hava şərtlərinə baxmayaraq Münbiç yol xəritəsinin həyata keçirilməsində bir sürətlənmə olduğunu gördüklərini söyləyib.
Nazir Çavuşoğlu YPG/PKK-nın hələ də Münbiçin içində olduğunu və təşkilatın Münbiçdən çəkilməsi lazım olduğunu bildirərək ABŞ-ın bilərək və ya bilməyərək kürdlərlə YPG-ni bir tutduğuna diqqəti çəkib.
Suriyanın şimal-şərqinə qurulması planlaşdırılan təhlükəsiz bölgə ilə bağlı sualları cavablandıran Çavuşoğlu, təhlükəsiz zonada məqsəd terrorçulara bir tampon bölgə yaratmaq isə Türkiyənin buna qarşı çıxacağını söyləyib.
Türkiyənin qayğılarına cavab verən bir təhlükəsiz regionun Türkiyə tərəfindən də dəstəklənəcəyini bildirən nazir Çavuşoğlu, təhlükəsiz bölgə fikrinin prezidenti Ərdoğana aid olduğunu, ancaq daha əvvəl keçmiş ABŞ prezidenti Barak Obama rəhbərliyinin buna yanaşmadığını qeyd edib.
Müxalifət.az