​ABŞ və Türkiyə RAZILAŞDI - Çavuşoğlu açıqladı

Baxış sayı:
3526

Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ ilə əlaqələrin düzəldilməsi üçün razılaşma əldə etdiklərini söyləyib.
“Hər iki tərəfin də gözləntiləri var. Biz FETÖ və ABŞ-ın YPG-yə dəstəyi mövzusunda fikirlərimizin ciddi qəbul edilməsini gözləyirik. Bu günə qədər verilən və yerinə yetirilən vədlər olub. Bundan sonra atılacaq addımları danışdıq. Biz artıq vədlər deyil, konkret addımlar gözləyirik”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib. 
Onun sözlərinə görə, əlaqələri normallaşdırmaq və problemləri həll etmək üçün yeni mexanizmlər yaradılacaq. Mexanizmlərin müəyyənləşdirilməsi üçün isə ilk toplantı mart ayının ortalarında keçiriləcək.
Rek Tillerson isə öz növbəsində, Türkiyənin əhəmiyyətli bir ölkə olduğunu və bir çox terror təşkilatları ilə qarşı-qarşıya dayandığını deyib. O qeyd edib ki, Suriyada əməkdaşlıq, müstəqil və birləşmiş Suriyanın qurulması, həmçinin İŞİD-lə mübarizə mövzularında iki ölkə birgə çalışmalıdır.
Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını ciddi qəbul etdiyini deyən dövlət katibi Ankaradan dinc vətəndaşlara zərər verməməsini (Afrində keçirilən “Zeytun budağı” əməliyyatını nəzərdə tutur –red.) xahiş edib.
“ABŞ Türkiyə ilə əlaqələrə çox dəyər verir və bu əlaqələrin daha da yaxşılaşacağını düşünürük”, - Tillerson bildirib.