​ABŞ və PKK peyk görüntüsünə yaxalandı – GİZLİ PLAN

Baxış sayı:
2275

Suriyada qanlı savaşların başladığı andan bu günə kimi ən mübahisəli ərazilərdən biri də Deyr əz-Zor bölgəsidir.
Məhz bu bölgə ABŞ-PKK və İran-Rusiya arasında çəkişmə nöqtəsinə çevrilib.
Muxalifət.az Yeniakit.com.tr-yə istinadən xəbər verir ki, bu dəfə isə ABŞ-ın bölgədən xam neft çıxarmağa hazırlaşdığı deyilir. Bu məqsədlə bölgəyə xeyli sayda texnika gətirilib.
Peyk görüntülərində neft çıxarılan təsisatların yaxınlığında yanacaq daşıyan maşınların dayandığı görünür.
PKK-çıların da bu işdə amerikalılara yardım etdiyi iddia edilir.