“ABŞ və NATO bizə qarşı çox sərt hərbi tədbirlər görəcək...” - RUSİYA XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ BƏYAN EDİR

Baxış sayı:
4861

ABŞ və NATO Rusiyaya qarşı hərbi baxımdan çəkindirici xarakterli çox sərt tədbirlər görəcək. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov keçirdiyi mətbuat konfransında çıxış edib.
Onun sözlərinə görə, Moskva bu tədbirlərə qarşı ancaq cavab rejimində reaksiya verəcək. Və təşəbbüskar tərəf olmayacaq. “Hazırda  baş verənlərlə bağlı Rusiyaya necə güclü təsir etmək haqda düşünən həmkarlarımız da bunu başa düşməlidir”-diplomat deyib.
Ryabkov əlavə edib ki, Vaşinqtonun yaratdığı yeni təhdidlər qarşısında Rusiya öz təhlükəsizliyini təmin edəcək. Amma Moskva dialoqa da hazırdır. Əgər Vaşinqton Orta və Yaxın Mənzilli Rakterlərə dair müqaviləyə geri dönərsə.
“Biz imkan verməyəcəyik ki, Rusiyanı silahlanma yarışına çəksinlər. Lakin amerikanlar görünür hesab edirlər ki, bu onlarda alınacaq”-diplomat əlavə edib.