​ABŞ və İngiltərə toqquşdu: TRİLYONLAR UĞRUNDA ƏSRİN SAVAŞI

Baxış sayı:
2069

ABŞ və İngiltərə anqlo-sakson ölkələri olsalar da, son dövrlərdə onların arasında çox dərin ziddiyyətlər var. Bu, bəlkə də son 240 ildə ABŞ-in İngiltərədən müstəqillik əldə etməsi savaşından sonrakı ikinci böyük ziddiyyətdir. Məsələnin kökündə iki fövqəldövlət arasında geosiyasi və neft uğrunda mübarizə durur.
Muxalifət.az xəbər verir ki, bu sözləri politoloq Nəzakət Məmmədova deyib. Politoloq xatırladıb ki, 2003-cü ildə ABŞ İraqı işğal edərkən İngiltərə ona dəstək verməyin qarşılığında özünün BP və “Şell” (Shell) şirkətlərinin İraqın şimalındakı neft yataqlarında böyük pay sahibi olmamarına təminatı almışdı:
 “İraqda hazırda da neft maraqları olan İngiltərənin əsas tərəfdarı Abadidir. ABŞ isə Bərzani ilə əməkdaşlığa üstünlük verirdi. Hətta Trampın kürəkəni və baş müşaviri Kuşner Bərzanini referendumda dəstək verəcəklərinə inandırmışdı.
Britaniya-ABS rəqabəti həm də ARAMCO ABŞ-Səudiyyə müştərək neft şirkətinin səhmləri uğrunda mübarizədə də davam edir. Bu mübarizəyə Çin də qoşulub. Belə ki, həm Çin, həm Britaniya ARAMCO-da mümkün qədər çox pay sahibi olmaq üçün bu şirkətdə səhmləri olan Səud şahzadələri ilə danışıqlara başlamışdı. Hətta onlardan bir neçəsi öz səhmlərini bu iki ölkəyə satmağa hazırlaşırdı. Məhz bu səbəbdən həmin sülalə nümayəndələri ABŞ-ın razılığı ilə sövdələşmə ərəfəsində təcrid olundular”.
N.Məmmədova bildirib ki, 85 ildir fəaliyyət göstərən və 800 milyard dollar büdcəsi olan dünyanın ən nəhəng neft korporasiyasının səhmləri uğrunda mübarizədə söhbət trilyonlarla dollardan gedir:
 “Hətta hesablamalara görə, 2 il əvvəl özəlləşdirilməsi barədə təşəbbüsləri olan şirkətin dəyəri 10 trilyon dollardır.
Belə bir şəraitdə ARAMCO-nu almaq uğrunda ABŞ, İngiltərə və Çin mübarizə aparır. Rusiyanın da bu sövdələşmədə iştirak etmək istəməsi barədə çoxsaylı dəlillər var.
Məhz bu səbəbdən Rusiya kürd referendumu, Qüdsün paytaxt elan olunması məsələsində səssiz qaldı. Hətta kürd peşmərgə qüvvələri ilə İraq ordusu Kərkükdə vuruşduğu vaxtda Rusiya Bərzani ilə neft müqaviləsi imzaladı.
İsrailin də kürdlərdən neft aldığı məlumdur. Hətta bu qaçaqmalçılıq sayılan neft məhsulları dünya bazarından çox aşağı qiymətə alınaraq Maltadakı limanlar vasitəsilə daşınırdı.
Türkiyə isə daha çox burada tranzit ölkə rolunda çıxış etməkdə maraqlıdır. İraq baş naziri Abadi İraq hökumətininin icazəsi olmadan ölkədən neft daşıyan şirkətləri beynəlxalq məhkəmə ilə hədələyib.
Abadinin İngiltərəyə yaxın oldugunuz nəzərə alsaq, burada neftin İngiltərəyə veriləcəyi inandırdırıcı ehtimaldır. Hətta ABŞ-ın “Ekson Mobil” (Exxon Mobile) şirkəti Direktorlar Şurasının üzvü olmuş dövlət katibi Tillersonun şirkəti də bu mübarizədən yayınaraq ölkənin ucqarlarına çəkilmişdir”.
Politoloq vurğulayıb ki, ABŞ-ın peşmərgə qüvvələri vasitəsilə İŞİD-dən azad edilən Kərkük və digər bölgələrdə nəzarəti ələ keçirdiyi dövr artıq geridə qalıb:
“ABŞ Prezidenti Trampın dediyi "Yaxın Şərqdə 6 trilyon pul itirmişik, heç bir nəticə yoxdur, heç olmasa, neft yataqlarının güvənliyə almalıyıq" sözləri də bunları sübut edir. Məhz bu səbəbdən İngiltərə ABŞ və İsrailin Qüds qərarını tanımaqdan imtina etdi. Eyni zamanda, Britaniya Əfqanıstana yaxın olan keçmiş müstəmləkəsi Hindistanda xeyli hərbi qüvvə saxlayır və kəşfiyyat aparır.
Burada əsas məqsəd ABŞ-a əl-qol açmağa imkan verməməkdir. İngiltərə 100 illik Yaxın Şərq nefti uğrunda savaşda mövqelərini heç kəsə vermək fikrində deyil”./Axar.az/