ABŞ və Almaniya Azərbaycandan tibbi maska almaq istəyir - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
1439

Sumqayıt Kimya Sənayə Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan maska istehsalı müəssisəsində bu günə qədər 4 milyondan artıq tibbi maska istehsal olunub. Onun 2 milyonu satışa çıxarılıb, 2 milyonu isə ehtiyatda saxlanılır.

Bunu jurnalistlərə açıqlamasında müəssisənin rəhbəri Səkinə Babayeva deyib. Onun sözlərinə görə, fabrikdə gündəlik 350 min maska sifarişi həyata keçirilə bilər.

"Hazırda sifarişlər gündəlik planlama əsasında aparılır. Əhali üçün maska satışı 30 qəpikdir, korporativ satış isə 40-60 qəpiyədir. Müəssisədə 4 min nano maskalar var. N95 maskaları isə istehsal prosesindədir".

Bundan əlavə, S.Babayeva onlara Qətər, Braziliya, ABŞ və Almaniyadan sifarişlərin daxil olduğunu qeyd edib./Virtualaz.org