ABŞ-ın uçan “qalası” Qətərə endi! İran hədələdi

Baxış sayı:
4615

ABŞ-ın İran təhdidini əsas göstərərək Yaxın Şərqə kömək məqsədilə göndərdiyi uçan qala ləqəbli B-52 döyüş təyyarələri dünən Qətərdə yerləşən bazaya enib. İran isə Körfəzə doğru yolda olan Amerika təyyarə gəmisi üçün "Milyardlarla dollarlıq donanma bir raket ilə yox olur" deyə təhdid edib. ABŞ-ın regiona göndərdiyi döyüş təyyarəsi ilə bağlı açıqlama verən İranlı din xadimi Ayətullah Tabatabay-Nejad "Milyardlarla dollarlıq donanma bir raket ilə yox ola bilər" deyə hədələyib. İran ABŞ-ın təyyarə gəmisi və bombardman təyyarələrini bölgəyə göndərmək qərarını çatdırmasından dərhal sonra bunun psixoloji müharibənin bir parçası olduğunu açıqlamışdı. “USS Abraham Lincoln” sragagün Süveyş Kanalını keçərək Körfəzə doğru yol almağa başlayıb. ABŞ Xarici İşlər naziri çərşənbə axşamı günü Berlin səfərini qəflətən ləğv edərək Bağdada getmiş, cümə günü isə Vaşinqtona qayıtmaq məcburiyyətində olduğu üçün Qrenlandiya səfərini ləğv etmişdi. ABŞ mətbuatı Pompeonun səfərlərini təxirə salmasını İrana yönəlik strategiya ilə bağlı olduğunu yazmışdı. Pompeo 12-13 mayda isə Rusiyada görüşlər keçirəcək. Tehran ABŞ-la müzakirəyə “xeyr” dedi İran İnqilab Mühafizəçiləri Ordusunun komandirinin müavini Yedullah Cavani Tehranın ABŞ ilə danışıqlar aparmayacağını və Vaşinqtonun onlara qarşı hərbi aksiya başlamağa cəsarət etməyəcəyini bildirib. “Tesnim” agentliyinə danışan Cavani, İranın ABŞ-a güvənmədiyini bildirərkən "Trampın qrupu ötən il İranda qarışıqlıq çıxacağını, İranın da təzyiq altında müzakirəyə razı olacağını güman edirdi, ancaq belə olmadı" deyib. Qeyd edək ki, ABŞ prezidenti Tramp sragagün "İranın etməli olduğu şey budur: Mənə zəng etsinlər, danışa və ədalətli bir anlaşma əldə edək. Nüvə silahına malik olmasını istəmirik. İstədiyimiz çox bir şey deyil" demişdi. Müxalifət.az