ABŞ-ın təzyiqi işə yaradı: Hindistan S-400 alışından geri addım atdı

Baxış sayı:
4468

ABŞ-ın sanksiya təhdidi ilə üz-üzə qalan Hindistan S-400 yerinə “Patriot” almaq üçün danışıqlara başlayıb.
 
Qeyd edək ki, keçən il Rusiya və Hindistan ABŞ-ın Yeni Delhiyə qarşı sanksiya hədələrinə baxmayaraq S-400 müqaviləsi imzalayıb.
 
5 MİLYARD DOLLARDAN ARTIQ PUL VERƏCƏKDİ
 
 5.4 milyard dollar dəyərində olduğu söylənən müqavilə Hindistana 5 ədəd S-400 batareyasının göndərilməsini nəzərdə tuturdu.
ABŞ Rusiya istehsalı bir hava müdafiə sistemi aldığı təqdirdə Hindistanı ABŞ-ın Düşmənləri Sanksiyalar Yolu İlə Mübarizə Etmə Qanunu (CAATSA) üzərindən cəzalandırmaqla təhdid edirdi.
 
Hindistan S-400 alışından geri addım atdı
 
ABŞ-ın bu təhdidləri işə yaradı. Hindistan geri addım ataraq S400-lərdən imtina edib.
 
HİNDİSTAN “PATRİOT” ALACAQ
 
 Dünən Hindli rəsmiləri “Patriot” və “THAAD” raketlərini almaq üçün aparılan danışıqlarda ABŞ ilə ciddi irəliləyiş qeyd etdiklərini açıqlayıblar.
Müxalifət.az