ABŞ təyyarələri Əsəd birliklərini vurdu: KƏNDLƏR GERİ ALINDI

Baxış sayı:
6772

Suriyanın Deyrizor rayonunda PYD/PKK və Əsəd rejiminin tərəfdarı qüvvələr arasında şiddətli toqquşmalar baş verib. Rejimin ələ keçirdiyi kəndləri terror təşkilatı PYD/PKK, ABŞ döyüş təyyarələri və Apaçi vertolyotlarının dəstəyi ilə geri qaytarıb.
 
Yerli mənbələrin verdiyi məlumata görə, rejim tərəfdarı olan qüvvələr, səhər saatlarında Fəratın şərqində və Deyrizor rayonunun qərb hissəsində yerləşən Cenine Caya Hisan və Şakra kəndlərinə hücum edərək buraları ələ keçirib.
Terror təşkilatı PYD/PKK, bundan sonra bölgədəki düşərgələrindən əlavə dəstək alaraq Əsəd birliklərinə hücum təşkil edib.
 
ABŞ-ın DƏSTƏYİ İLƏ GERİ ALDI
 
Terror təşkilatı PYD/PKK, ABŞ döyüş təyyarələri və Apaçi vertolyotlarının hava dəstəyi ilə itirilən kəndləri geri qaytarıb.
İki qrup arasında çıxan toqquşmalarda, rejim tərəfdarı qüvvələrdən ən az 20, PYD/PKK-dan isə 5 terrorçu ölüb.
 
DEYRİZORUN ƏHƏMİYYƏTİ
 
İraq sərhədinə hakim bölgədə yerləşən Deyrizor, ölkənin ən böyük enerji resurslarına məxsusdur. PYD/PKK, ötən ilin son rübündə, rejim gücləri ilə eyni vaxtda Deyrizor rayonunun enerji ehtiyatlarının intensiv olduğu şimal-şərqində, yəni Fərat çayının şərqində xeyli irəliləmişdi.
Hazırda Deyrizorda Fərat çayının şərqinə PYD/PKK, qərbinə Əsəd rejimi, cənubundakı kiçik bir sahəyə isə İŞİD nəzarət edir.
Müxalifət.az