“ABŞ-ın təyyarə daşıyıcı gəmisini batıra bilərik”

Baxış sayı:
11602

Çinli admiral Lou Yuan ABŞ və Cənubi Çin dəniz mübahisəsinin ABŞ-ın iki təyyarə daşıyıcı gəmisini batıraraq həll edə biləcəklərini, ancaq bunun 10 min insanın ölümünə səbəb ola biləcəyini deyib. Yuan çıxışında, Çinin bir Amerikan təyyarə daşıyıcı gəmisini batırmaqla təyyarə gəmisində olan 5 min adamın, iki gəmi batırılarsa 10 min adamın ölümünə səbəb ola biləcəyini söyləyib. Çinli admiral Birləşmiş Ştatların ən böyük qorxusunun itki olduğunu da bildirib. Admiral Yuan çıxışında, ABŞ-ın beş sui-istifadəyə açıq olduğunu və bunların ordu, pul, istedad, seçki sistemi və düşmənlər olduğunu iddia edib. Yuan ayrıca, Çinin ABŞ-ın bu çatışmazlıqlarına hücum etməsinin lazım olduğunu söyləyib. Yuan deyib: "Əgər ABŞ hərbi donanması Tayvanda qalmaqda davam edərsə, Çin Xalq Respublikasının ordusu milli birliyi dəstəkləmək üçün adanı işğal edəcəkdir". Cənubi Çin dənizi, Çin və ABŞ neft və qaz zənginliyi səbəbindən geri çəkilməkdən və razılaşmadan imtina etdiyi bir bölgədir. Tayvan, Malayziya, Vyetnam, Filippin və Brunei Cənubi Çin dənizinin bir hissəsi olmağı iddia edirlər, ABŞ isə bu ölkələri hərbi gücüylə geri çəkməyə hazırlaşır. Müxalifət.az