ABŞ-a Türkiyəyədə verilən mesaj: “Şərqi Fərat” əməliyyatı hər an başlaya bilər

Baxış sayı:
4879

Türkiyə və ABŞ nümayəndə heyətləri arasında Ankarada keçirilən Suriya danışıqları ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşaviri Con Boltonun “ABŞ əsgərləri Suriyanın şimalındakı kürdləri qorumağa yönəlik bir anlaşma olmadan çəkilməyəcək” açıqlamasının kölgəsində həyata keçirilib. Danışıqlardan sonra ilk açıqlamanı Boltonun sözçüsü Garret Marquis edib. Bolton və Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının ABŞ-ın Suriyanın şimal-şərqindən "uyğun sürətdə" çəkilməsi məsələsində səmərəli görüşlər keçirdiklərini qeyd edən Marquis, iki nümayəndəliyin çəkmə prosesinə dair olaraq üzərində görüş keçiriləcək amilləri müəyyən etdiklərini qeyd edib. Sözçü beləliklə, Ankaradakı danışıqların başlanğıc olduğunu, əlaqələrin bundan sonra da həm hərbi, həm də siyasi səviyyədə davam edəcəyini bildirmiş olub. İbrahim Kalın da bunu təsdiq edərkən, bundan sonrakı prosesdə müxtəlif səviyyədə təmasların davam edəcəyini və ABŞ-ın çəkilmə prosesinə dair planının olmasına çalışacağını qeyd edib. Ancaq Bolton-Kalın görüşündən dərhal sonra partiyasının qrup toplantısında çıxış edən prezident Ərdoğanın "Əməliyyat üçün hazırlıqlarımız tamamlanıb. Çox tezliklə hərəkətə keçəcəyik" açıqlaması, texniki səviyyədə aparılan danışıqların Ankaranın əməliyyat qətiyyətini azaltmadığını, tam əksinə artırdığı qiymətləndirməsinə səbəb olub. Müxalifət.az